İncəsənət xadimlərinə “Uğur- 2006” mükafatlarının təqdimetmə mərasimi keçirilib
22 dekabr 2006 09:39 (UTC +04:00)
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Milli Mədəniyyətin Təbliği Mərkəzinin (AMMTM) “Uğur- 2006” mükafatlarının təqdimetmə mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən AMMTM-in direktoru Arif Mədətov mükafat sahiblərini təbirik edib və onlara yaradıcılıq uğurları arzulayıb: “Artıq ikinci ildir ki, “Uğur-2006” mükafatı mədəniyyət və incəsənət xadimlərinə verilir. Bu mükafata tanınmış və bu yolda fədakarlıq göstərmiş insanlar sahiblənir. Əminəm ki, layihəmiz uzun illər davam etdiriləcək və mədəniyyətə diqqət daha da artacaq”. “Uğur-2006” mükafatına “Şərəf və ləyaqətə görə” nominasiyasında xalq artistləri Fidan Qasımova, Arif Məlikov, “Quruluş verdiyi tamaşalara görə” nominasiyasında xalq artisti Mərahim Fərzəlibəyov, “Ədəbi və elmi fəaliyyətə görə” nominasiyasında şair Ağa Laçınlı, “Konsert fəaliyyətinə görə” nominasiyasında xanəndələr Sabir Abdullayev, Əyyub Quliyev, “ifa etdiyi rollara görə” nominasiyasında Sənubər İsgəndərli mükafatlara layiq görülüblər. /APA/
Ədəbiyyat
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim - FOTO
13:44
6 may 2024
Gəncə Dövlət Filarmoniyasında Əhməd Cavada həsr olunmuş "Qiraət axşamı" keçirilib
11:15
6 may 2024
Ulucay Akifə "Ədəbiyyat adamı” mükafatı verilib - FOTO
12:09
3 may 2024
Bakıda Pakistanın tarixindən bəhs edən kitabın təqdimatı baş tutub - FOTO
20:12
2 may 2024