“Leyli və Məcnun” operasının ilk tamaşasının 100 illiyi dövlət səviyyəsində qeyd olunacaq

“Leyli və Məcnun” operasının ilk tamaşasının 100 illiyi dövlət səviyyəsində qeyd olunacaq
# 25 dekabr 2006 15:46 (UTC +04:00)
2008-ci ilin yanvarında Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının ilk tamaşasının 100 illiyi dövlət səviyyəsində qeyd olunacaq. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin musiqi sektorunun müdiri Fərəh Əliyeva məlumat verib. Onun sözlərinə görə, 2007-ci ilin ortalarından musiqi bayramına hazırlıq işləri başlanacaq və yubiley tədbirləri Azərbaycanın bütün bölgələrini əhatə edəcək: “Bu tədbir Azərbaycan milli bəstəkarlıq məktəbinin yaranmasının 100 illiyidir. Ona görə də bu yubileyə respublika səviyyəsində hazırlaşacağıq”. F. Əliyeva 2008-ci ildə Qara Qarayevin 90 illik yubileyinin qeyd olunacağını da bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR