“Qarabağ harayı” müsabiqəsinin yekun mərhələsi keçirilib

“Qarabağ harayı” müsabiqəsinin yekun mərhələsi keçirilib
# 27 dekabr 2006 14:15 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə gənc şair və bədii qiraət sənətçiləri arasında “Qarabağ harayı” müsabiqəsinin yekun mərhələsi keçirilib. APA-nın məlumatına görə, tədbirin aparıcısı aktrisa Məleykə Məmmədova müsabiqənin yekun mərhələsində 5 qiraətçinin və 10 gənc şairin iştirak etdiyini deyib. QAT sədri Akif Nağı müsabiqənin keçirilmə məqsədi barədə məlumat verib: “Qarabağ mövzusunu gündəmə gətirməklə Azərbaycanın müharibə vəziyyətində olduğunu cəmiyyətin diqqətinə çatdırırıq”. A. Nağı bəzi qüvvələrin düşmənlə dostluq əlaqələri yaratmağa çalışdığını da deyib: “Biz arxasında külli miqdarda pul olan belə adamlarla daim mübarizə aparacağıq”. Xalq şairi Sabir Rüstəmxanlı tədbiri Qarabağı unutmağa qarşı atılan addım adlandırıb: “Həmişə erməni sözünə uduzmuşuq. Əslində isə hər şey sözdən başlayır. Zamanında sözə sözlə cavab versəydik, qılıncımız korşalmazdı və ya qılınca ehtiyac qalmazdı. Bununla yanaşı, Qarabağla bağlı elmi və musiqi müsabiqələrinin keçirilməsi də zəruridir”. Bundan sonra müsabiqənin yekun mərhələsinə vəsiqə qazanmış gənc qiraətçilər və şairlər mərasimə təqdim etdikləri əsərləri ifa ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR