Xor kollektivləri üçün mahnı yarışmasının qalibləri mükafatlandırılıb

Xor kollektivləri üçün mahnı yarışmasının qalibləri mükafatlandırılıb
# 29 dekabr 2006 13:16 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən xor kollektivləri üçün mahnı yarışmasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib. APA-nın məlumatına görə, bu müsabiqə nazirliyin bəstəkarların diqqətini konkret janrlara yönəltmək məqsədi ilə təşkil etdiyi ilk layihədir. Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müsabiqədə 41 əsərin iştirak etdiyini, onlardan 8 əsər müxtəlif nominasiyalarda qalib olublar. “Müsabiqənin bir özəlliyi də onda idi ki, biz bəstəkarların təkcə öz əsərlərini təqdim etməsini deyil, həm də xalq mahnılarını yeni versiyalarda işləmələrini istəmişdik. Müəlliflər sonadək gizli saxlanıldı. Münsiflər heyəti əsərləri qiymətləndirəndən sonra paketlər açıldı və biz bildik ki, müəlliflər kimdir. Hətta adlar mükafatlar yazılandan sonra açıqlandı. Birinci mükafat heç kimə verilmədi. Bu layihə hər iki ildən bir davamlı olaraq keçiriləcək. Gələn müsabiqədə bu qaliblərin əsərləri səslənəcək”. Nazir bildirib ki, qalib əsərlər Dövlət Xor Kollektivinin repertuarına daxil ediləcək. Müsabiqədə ikinci yerə Faiq Nağıyev və İlham Abdullayevin əsərləri, 3-cü yerə Adilə Yusifova, Rəna Qədimova, Azər Dadaşovun əsərləri layiq görülüb. Üç həvəsləndirici mükafat isə Lalə Cəfərova, Firudin Allahverdi, Nərminə Nağıyevaya verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR