Heydər Əliyev adına Sarayda uşaqların Yeni il şənlikləri keçiriləcək

Heydər Əliyev adına Sarayda uşaqların Yeni il şənlikləri keçiriləcək
# 30 dekabr 2006 09:48 (UTC +04:00)
2-5 yanvar tarixlərində Heydər Əliyev adına Sarayda uşaqların Yeni il şənlikləri keçiriləcək. Bu barədə APA-ya sarayın mətbuat xidmətinin rəhbəri Rene Torres məlumat verib. Onun sözlərinə görə, şənliklərdə uşaqlar nağıl dünyasına səyahət edəcək, sevimli Cırtdan, Tıq-tıq xanım, Zorro və bu kimi nağıl qəhrəmanları ilə görüşəcəklər. “Çiçəyim” uşaq teatrı, “Azəri inciləri” uşaq kollektivi, “Asiman”, “Dəcəl qızlar” rəqs qrupları, “Şərq çırağı” vokal qrupu və gənc ulduzlar maraqlı proqramla çıxış edəcəklər. Hər il olduğu kimi, bu konsertlərə də uşaq evlərinin, internat məktəblərinin, Qarabağ müharibəsi veteranları və şəhid ailələrinin uşaqları dəvət olunublar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR