Bank Of Baku

Alim Qasımov Parisdə 6 günlük konsert proqramı ilə çıxış edəcək

Alim Qasımov Parisdə 6 günlük konsert proqramı ilə çıxış edəcək
# 08 yanvar 2007 08:52 (UTC +04:00)
Xalq artisti Alim Qasımov yanvarın 11-də Parisə yollanacaq. Xanəndənin ailəsindən APA-ya bildirilib ki, səfər çərçivəsində A. Qasımovun Fransa paytaxtında 6 günlük konsert proqramı ilə çıxış etməsi nəzərdə tutulub. Sənətçini Natiq Şirinov, Rauf İslamov və Ələsgər Məmmədov müşayiət edəcəklər. Hazırda səfərə ciddi hazırlaşan xanəndə muğam və xalq mahnıları üzərində işləyir. Səfər yanvarın 23-də yekunlaşacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR