Bank Of Baku

Lənkəran teatrının direktoru dünyasını dəyişib

Lənkəran teatrının direktoru dünyasını dəyişib
# 08 yanvar 2007 09:36 (UTC +04:00)
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının direktoru, respublikanın əməkdar artisti Elşad Zeynalov 56 yaşında qəflətən dünyasını dəyişib. APA-nın cənub bürosunun məlumatına görə, E.Zeynalov 1973-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino və dram aktyorluğu fakültəsini bitirdikdən sonra təyinatla Lənkəran teatrında aktyor kimi əmək fəaliyyətinə başlayıb, 80-dən çox tamaşada müxtəlif xarakterli rolları ifa edib. 1984-cü ildən isə teatrın direktoru təyin olunub. Azərbaycan teatrının inkişafında göstərdiyi xidmətlərə görə Elşad Zeynalov 2000-ci ildə respublikanın əməkdar artisti, 2003-cü ildə isə prezident mükafatına layiq görülüb.
Mərhumla vida mərasimi teatrda keçirilib, o, Lənkəran şəhərinin Kiçik bazar qəbiristanlığında torpağa tapşırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR