Mədəniyyət ocaqlarında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər keçiriləcək

Mədəniyyət ocaqlarında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər keçiriləcək
# 09 yanvar 2007 11:08 (UTC +04:00)
20 Yanvar faciəsinin 17-ci ildönümü ilə əlaqədar Dövlət İncəsənət Muzeyində Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi təşkil olunacaq. Muzeydən APA-ya bildirilib ki, sərginin açılışı yanvarın 18-də olacaq. Yanvarın 19-da isə İstiqlal Muzeyi və Xalçaçılıq Muzeyində tədbir keçirilməsi nəzərdə tutulub. Hər iki sərgidə hadisədən bəhs edən əsərlər və əl işləri nümayiş etdiriləcək. Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda isə anım mərasimi keçiriləcək. Yazıçılar Birliyinin rəhbərliyi də faciəyə həsr olunmuş silsilə tədbirlər planlaşdırır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR