Alim Qasımov və Ramiz Quliyev Tehranda keçirilən festivalın mükafatına layiq görülüblər

Alim Qasımov və Ramiz Quliyev Tehranda keçirilən festivalın mükafatına layiq görülüblər
# 09 yanvar 2007 14:38 (UTC +04:00)
Ötən il dekabrın 30-dan bu il yanvarın 8-nə kimi Tehranda XXII Beynəlxalq Musiqi Festivalı keçirilib. Azərbaycanı festivalda xalq artistləri, xanəndə Alim Qasımov və tarzən Ramiz Quliyev təmsil edib. R. Quliyev APA-ya açıqlamasında bildirib ki, festivalın açılış mərasimində A. Qasımovla onun xüsusi konserti olub: “Bu konsert ancaq bizim üçün təşkil olunmuşdu. Konsertə ayaq üstündə qulaq asmaq üçün tamaşaçıların hər biri 100 ABŞ dolları verib gəlmişdi”. Qapanış mərasimində də iştirak edən sənətkarlarımızın hər ikisi festivalın “Qızıl Çəng” mükafatına layiq görülüb. Tarzən bildirib ki, səfər zamanı o, martda yenidən Tehranda konsert vermək üçün dəvət alıb. Novruz bayramında keçiriləcək konsertdə Ramiz Quliyev Tehran Orkestri və Şərq ölkələrinin tanınmış musiqiçiləri ilə çıxış edəcək. Bu gün isə R. Quliyevin “Ecazkar sənət dünyası” və “Ecazkar muğam dünyası” adlı DVD və CD-si işıq üzü görüb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR