“Dalğa” Prodüser Mərkəzi nadir heyvanlarla bağlı “Bizə qalan” layihəsi həyata keçirəcək
11 yanvar 2007 09:56 (UTC +04:00)
“Dalğa” Prodüser Mərkəzində bu il nadir heyvanlarla bağlı “Bizə qalan” layihəsi həyata keçiriləcək. Mərkəzin direktoru Rasim Həsənov APA-ya bildirib ki, hazırda layihənin hazırlıq işləri başa çatdırılır. Filmdə Azərbaycanda olan 6 nadir heyvandan bəhs ediləcək: “Filmin çəkilişləri yaz aylarında olacaq. Filmin təqdimatını keçirdikdən sonra fikrimiz var ki, layihənin televersiyasını hazırlayaq. Nadir heyvanlardan bəhs edən serial verilişin həyata keçirilməsi bu gün vacib məsələlərdən biridir”. R. Həsənov bildirib ki, bu il “Həcc” tammetrajlı bədii filminin də istehsal olunması planlaşdırır. Filmin ssenari müəllifi və rejissoru Yavər Rzayevdir. Filmin çəkilişləri Bakıda aparılacaq. /APA/
Ədəbiyyat
2024-cü il üzrə “Pulitzer” mükafatının qalibləri açıqlanıb
11:28
7 may 2024
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim - FOTO
13:44
6 may 2024
Gəncə Dövlət Filarmoniyasında Əhməd Cavada həsr olunmuş "Qiraət axşamı" keçirilib
11:15
6 may 2024
Ulucay Akifə "Ədəbiyyat adamı” mükafatı verilib - FOTO
12:09
3 may 2024