Bank Of Baku

Hacıbaba Bağırovun baş rolları ifa etdiyi tamaşalar Musiqili Komediya Teatrının repertuarından çıxarılacaq

Hacıbaba Bağırovun baş rolları ifa etdiyi tamaşalar Musiqili Komediya Teatrının repertuarından çıxarılacaq
# 19 yanvar 2007 09:03 (UTC +04:00)
Mərhum aktyor Hacıbaba Bağırovun baş rolları ifa etdiyi tamaşalar Azərbaycan Dövlət Musiqili Komediya Teatrında oynanılmayacaq. Bu barədə APA-ya teatrın direktoru Elxan Ocaqov məlumat verib. Onun sözlərinə görə, bu günə kimi Hacıbaba Bağırov üçün yazılmış tamaşaların ondan sonra digər aktyorun ifasında oynanılması qeyri-mümkündür: “Ancaq bəzi tamaşaları gələcəkdə bərpa edəcəyik. Bunun üçün o rolu layiqincə ifa edəcək aktyor axtarırıq. Hacıbaba Bağırovun ifasından sonra onun yaratdığı rolların öhdəsindən gəlmək çox çətindir. “O olmasın, bu olsun” tamaşası 10 il idi ki, bizim teatrın repertuarında idi. Ancaq Hacıbbaba Bağırovun ifasından sonra o rolu ifa etmək mümkün deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR