Bəhruz Kəngərlinin anadan olmasının 115 illiyinə həsr edilmiş tədbir keçirilib
23 yanvar 2007 07:49 (UTC +04:00)
Naxçıvan şəhərindəki Bəhruz Kəngərli Muzeyində Azərbaycan peşəkar rəssamlıq məktəbinin banisi Bəhruz Kəngərlinin anadan olmasının 115 illiyinə həsr edilmiş tədbir keçirilib. APA-nın Naxçıvan bürosunun xəbərinə görə, tədbiri giriş sözü ilə açan Muxtar Respublika mədəniyyət və turizm nazirinin müavini Məhəmməd Həsənov realist sənətkarın Azərbaycan rəssamlıq sənətinə verdiyi töhfələrdən, onun irsinin öyrənilməsi və təbliği ilə əlaqədar görülən işlərdən danışıb. Nazir Sarvan İbrahimov isə görkəmli rəssamın 30 illik ömür yoluna nəzər salaraq onun yaradıcılığı haqqında iştirakçılara məlumat verib. Tədbirdə Azərbaycanın xalq rəssamı Hüseynqulu Əliyev, muzeyin fond müdiri əvəzi Miranə Həmzəyeva sənətkarın portretçilik məharətindən, onun “Qaçqınlar” silsiləsinə daxil edilən sənət əsərlərinin ideya-bədii əhəmiyyətindən bəhs ediblər. Sonda rəssamın əsərlərindən ibarət sərgiyə baxış keçirilib. /APA/
Ədəbiyyat
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim - FOTO
13:44
6 may 2024
Gəncə Dövlət Filarmoniyasında Əhməd Cavada həsr olunmuş "Qiraət axşamı" keçirilib
11:15
6 may 2024
Ulucay Akifə "Ədəbiyyat adamı” mükafatı verilib - FOTO
12:09
3 may 2024
Bakıda Pakistanın tarixindən bəhs edən kitabın təqdimatı baş tutub - FOTO
20:12
2 may 2024