Bank Of Baku

Cabbar Musayevin mahnılarını Türkiyə müğənniləri ifa edəcək

Cabbar Musayevin mahnılarını Türkiyə müğənniləri ifa edəcək
# 24 yanvar 2007 11:27 (UTC +04:00)
Bəstəkar Cabbar Musayev Türkiyənin tanınmış musiqi şirkəti ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən, bəstəkar yazdığı yeni mahnıları Türkiyəyə göndərəcək və mahnılar Türkiyəli müğənnilər tərəfindən ifa olunacaq. Bu barədə APA-ya məlumat verən C.Musayevin sözlərinə görə, bundan sonra onun yazdığı musiqilər həmin şirkətdə qeydiyyata salınacaq və ifa olunan musiqilərin müqabilində qonorar alacaq. Musiqilərinin hansı müğənnilər tərəfindən ifa olunması C. Musayevə hələ məlum deyil. Bunu bəstəkar Türkiyəyə səfər etdikdən sonra biləcək. Bəstəkar bildirib ki, bu sırada Ebru Gündəş, Gülbən Ərgən, Zeynəb və başqalarının adı var. Bununla yanaşı, bəstəkar Könül Kərimova ilə yeni disk hazırlayır. Disk yaxın zamanlarda Könül Kərimovanın pərəstişkarlarının ixtiyarına veriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR