Bank Of Baku

Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyinə yeni sədr seçilib

Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyinə yeni sədr seçilib
# 24 yanvar 2007 11:39 (UTC +04:00)
Asim Əliyev Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri seçilib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, birliyin sədri Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin konfransı zamanı millət vəkili, akademik İsa Həbibbəylinin təklifi ilə seçilib. Konfrans çərçivəsində birliyin yeni nizamnaməsi qəbul olunub və 5 nəfərdən ibarət İdarə Heyəti seçilib.
Konfransda Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov, Naxçıvan MR Yazıçılar Birliyinin üzvləri - filologiya elmləri namizədi Hüseyn Həşimli, İbrahim Yusifoğlu, Zeyqəm Vüqar, Fərəc Fərəcov və Qafar Qəmbərov çıxış edib birliyin fəaliyyətindən söz açıblar.
Qeyd edək ki, Naxçıvan MR Yazıçılar Birliyinə 30 il müddətində xalq yazıçısı Hüseyn İbrahimov sədrlik edib. O, səhhəti ilə əlaqədar vəzifəsindən uzaqlaşmaq istədiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR