Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyi musiqi məktəblərinə nəfəsli musiqi alətləri hədiyyə edib

Mədəniyyət və Turizm Nazirliyi musiqi məktəblərinə nəfəsli musiqi alətləri hədiyyə edib
# 24 yanvar 2007 13:45 (UTC +04:00)
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən alınmış nəfəsli musiqi alətlərinin Bakı, Sumqayıt, Abşeron yarımadası, Naxçıvan MR-da fəaliyyət göstərən musiqi məktəblərinə təqdim olunması mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu, nazirliyin musiqi məktəblərini musiqi alətləri ilə təminatı istiqamətində həyata keçirdiyi ilk tədbirdir: “Uzun fasilədən sonra musiqi məktəblərinə və onun şagirdlərinə təmənnasız olaraq musiqi alətləri təqdim edilir. Nazirliyin xüsusi strateji proqramına əsasən, bundan sonra istedadlı uşaqlara yardım göstəriləcək və həmin uşaqlara öz istedadlarını nümayiş etdirməsi üçün hər bir şərait yaradılacaq. Bu addımımızla istəyirik ki, musiqi məktəblərinə qədəm qoyan uşaqlar arasında nəfəsli musiqi alətlərinə maraq artsın”. Bu addımın davamlı olacağını bildirən nazir, bu layihəyə Gəncə şəhərinin də adının artılımasını vacib sayıb. Tədbirdə Niyazi adına 22 saylı musiqi məktəbinin direktoru Natiq Vəliyev çıxış edərək nazirliyin bu addımını yüksək qiymətləndirib və bu kimi layihələrin davamlı olmasını arzulayıb. Tədbirdə musiqi məktəblərinin şagirdləri xüsusi konsert proqramı ilə çıxış ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR