Bank Of Baku

Musiqi məktəblərinin şagird və müəllimləri üçün tədris vəsaitləri hazırlanacaq

Musiqi məktəblərinin şagird və müəllimləri üçün tədris vəsaitləri hazırlanacaq
# 24 yanvar 2007 14:00 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin büdcəsi hesabına bu ildən etibarən musiqi məktəblərinin şagirdləri və müəllimləri üçün tədris vəsaitləri hazırlanacaq. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayav deyib. O bildirib ki, bu layihə yaxın vaxtlarda həyata keçirilməyə başlanacaq: “Bir an içində bütün vəsaitlərin alınması və musiqi məktəblərinə təqdim olunması qeyri-mümkündür. Ancaq tədricən şagird və müəllimlərin tədris vəsaitləri ilə təmin olunması yönündə işlər aparacağıq. Bu, çox lazımlı və vaxtında atılan addımdır”./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR