Bank Of Baku

Səxavət Məmmədovun CD və DVD-lərdən ibarət toplusu hazırlanır

Səxavət Məmmədovun CD və DVD-lərdən ibarət toplusu hazırlanır
# 24 yanvar 2007 15:30 (UTC +04:00)
Mərhum sənətkar Səxavət Məmmədovun toplusu hazırlanır. Bu barədə APA-ya məlumat verən muğam ifaçısı Əliyar Məmmədov bildirib ki, artıq toplunun hazırlanması üçün bütün materiallar toplanılıb. 8-ə yaxın CD və DVD-dən ibarət topluda Səxavət Məmmədovun bütün ifaları yer alacaq: “Səxavət Məmmədovla bağlı nəzərdə tutduğumuz layihələri oktyabrın 23-nə kimi yekunlaşdıracağıq. Çünki həmin gün Səxavətin 55 yaşı tamamlanacaq. Bu münasibətlə önəmli tədbirlər həyata keçiriləcək”. Ə. Məmmədov bildirib ki, toplu ilə yanaşı, Səxavət Məmmədovun həyat və yaradıcılığından bəhs edən filmin çəkilməsi də planlaşdırılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR