Bank Of Baku

Strasburqda Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş elmi-praktik konfrans keçirilib

Strasburqda Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş elmi-praktik konfrans keçirilib
# 25 yanvar 2007 08:34 (UTC +04:00)
Fransanın Strasburq şəhərinin Mark Blok Universitetində Azərbaycanın dahi şairi, böyük mütəfəkkir və filosof Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr edilmiş elmi-praktik konfrans keçirilib. APA-nın Strasburqdakı müxbirinin verdiyi məlumata görə, şəhərdə fəaliyyət göstərən “Azərbaycan Evi” təşkilatı və Fransada Təhsil Alan Azərbaycanlı Tələbələr Assosiasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri, Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyinin rəhbəri Arif Məmmədov, tələbələr, müəllim, professor və ədəbiyyatşünaslar iştirak ediblər. Millət vəkili Rafael Hüseynov Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında geniş nitq söyləyib. Onun Nizaminin Azərbaycan şairi olduğu halda əsərlərinin çoxunu nə üçün fars dilində yazdığına toxunması iştirakçıların marağına səbəb olub. Çünki Avropa elmi dairələrində çoxları Nizamini fars şairi kimi tanıyır. R. Hüseynovun çıxışından sonra ona bu mövzuda suallar ünvanlanıb. Sonda R. Hüseynov və digər millət vəkilləri azərbaycanlı tələbələri ölkəmizin maraqlarının müdafiəsində həmişə fəal olmağa çağırıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR