Bank Of Baku

Arxangelskdə Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Arxangelskdə Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
# 25 yanvar 2007 09:28 (UTC +04:00)
Martın ikinci ongünlüyündə - Novruz bayramı ərəfəsində Rusiyanın Arxangelsk şəhərində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. APA-nın məlumatına görə, bu barədə razılıq Arxangelsk vilayəti qubernatorunun sosial məsələlər üzrə müavini Mixail Sitkin, Azərbaycanın Sankt-Peterburqdakı konsulluğunun əməkdaşı Günəş Rüstəmzadə və Ümumrusiya Azərbaycanlıları Konqresinin regional bölməsinin rəhbəri Cəmil Əliyevin görüşündə əldə olunub. Mədəniyyət günləri çərçivəsində Arxangelsk Filarmoniyasında Bakıdan gedən professional musiqi kollektivlərinin konserti olacaq. Azərbaycanı hansı musiqi kollektivlərinin təmsil edəcəyi hələ müəyyənləşməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR