Bank Of Baku

Moskva Beynəlxalq İncəsənət Festivalı başlayıb

Moskva Beynəlxalq İncəsənət Festivalı başlayıb
# 25 yanvar 2007 09:42 (UTC +04:00)
Yanvarın 24-də Moskvanın “Manej” zalında “Ənənələr və müasirlik” adlı I Moskva Beynəlxalq İncəsənət Festivalı başlayıb. Festivalda Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov və gənc rəssam Bəhram Xəlilov da iştirak edirlər. Azərbaycan Rəssamlar İttifaqından APA-ya verilən məlumata görə, “Manej”də dünyanın 8 ölkəsindən 50 qalereya öz işlərini nümayiş etdirir. Münsiflər Heyətinin sədrliyində Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov da təmsil olunub. Festivalın yekununda 12 ən yaxşı işin müəllifləri “Vera” bürünc heykəlciyi ilə təltif olunacaq. Festivalın sonuncu günü - yanvarın 27-də xeyriyyə məqsədli hərrac keçiriləcək. Toplanan vəsait Ümumrusiya Onkoloji Mərkəzinin uşaq bölməsinin hesabına köçürüləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR