Bank Of Baku

Gənclər Günü münasibətilə silsilə tədbirlər keçiriləcək

Gənclər Günü münasibətilə silsilə tədbirlər keçiriləcək
# 25 yanvar 2007 10:05 (UTC +04:00)
2 fevral - Gənclər Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə silsilə tədbirlər keçiriləcək. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu münasibətlə ilk tədbir yanvarın 29-da Muğam Teatrında olacaq. Həmin gün gənc muğam ifaçıları və “Deyilən söz yadigardır” qiraət müsabiqəsinin qaliblərinin konserti təşkil ediləcək. Yanvarın 31-də isə Bakı Caz Mərkəzində gənc caz musiqiçilərinin iştirakı ilə konsert keçiriləcək. Gənc rəssamların və xalça ustalarının, eləcə də fotoqraf-rəssam Asiya Fətullayevanın əsərlərindən ibarət sərgi fevralın 1-də açılacaq. Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda baş tutacaq tədbirdə 50-yə yaxın müxtəlif janrda əsərlər nümayiş etdiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçiriləcək sonuncu tədbir fevralın 2-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında olacaq. Konsertdə gənc klassik musiqi ifaçıları çıxış edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR