Bank Of Baku

Qarabağ hadisələrindən bəhs edən “Qala” bədii filmi bu il dövlət sifarişi ilə istehsal olunacaq

Qarabağ hadisələrindən bəhs edən “Qala” bədii filmi bu il dövlət sifarişi ilə istehsal olunacaq
# 25 yanvar 2007 11:58 (UTC +04:00)
Ssenari müəllifi şair Ramiz Rövşən olan və Qarabağ hadisələrindən bəhs edən “Qala” bədii filmi bu il dövlət sifarişi ilə istehsal olunacaq. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov məlumat verib. O bildirib ki, film Şamil Nəcəfzadənin rejissorluğu ilə çəkiləcək. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında istehsl olunacaq bədii filmin aktyor heyəti hələ müəyyənləşməyib. Bu il Azərbaycan və Latviya kino mütəxəssislərinin birgə işi də nəzərdə tutulub. C. Məmmədovun sözlərinə görə, istehsal olunacaq filmin ssenari müəllifi Ramiz Fətəliyev, rejissoru isə latviyalı olacaq. Bundan başqa, dövlət sifarişi ilə hazırlanacaq filmlər sırasında “Abidələr” və “Yaddaş Azərbaycan tarixi” də var. Hər iki ekran işi “Salnamə” kinostudiyasında istehsal olunacaq. Bu il Cahangir Zeynalovun quruluşunda mərhum rejissor Gülbəniz Əzimzadənin həyat və yaradıcılığının ekranlaşdırılması planlaşdırılır. Ssenari müəllifi və rejissoru Çingiz Mustafazadə olan “Kuklalar” filminin də çəkilməsi nəzərdə tutulub. Bu il ilk dəfə olaraq Mədəniyyət və Turizm Nazirliyinin büdcəsi hesabına gənc rejissorlar arasında müsabiqə keçiriləcək. C. Məmmədov bildirib ki, 5 tammetrajlı filmin qatılacağı müsabiqənin qalibi 2008-ci ildə dövlət hesabına tammetrajlı film çəkmək hüququ əldə edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR