Bank Of Baku

Aftandil İsrafilovun 60 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq

Aftandil İsrafilovun 60 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq
# 25 yanvar 2007 14:02 (UTC +04:00)
Xalq artisti, qarmon ustası Aftandil İsrafilovun 60 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq. Bu barədə APA-ya A. İsrafilovun özü məlumat verib. Onun sözlərinə görə, yubiley tədbirinin vaxtı hələ dəqiqləşdirilməyib. 60 illik yubiley tədbiri Heydər Əliyev adına Sarayda keçiriləcək: “Yubiley tədbrinin vaxtı dövlət tərəfindən müəyyənləşdiriləcək. Ancaq mən artıq yubileyə hazırlıq işlərinə başlamışam və yeni əsər üzərində işləyirəm. Bu əsəri Dövlət Orkestri ilə birgə yubiley tədbirində ifa edəcəyəm. Əsərdə xalq mahnılarının bir çoxundan istifadə etmişəm”. A. İsrafilov bildirib ki, yubileydən sonra yeni yaradıcılıq işləri ilə tez-tez gündəmə gələcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR