Bank Of Baku

“Müasir mətbuat tarixi muzeyi” layihəsi çərçivəsində yeni kitab nəşr olunub

“Müasir mətbuat tarixi muzeyi” layihəsi çərçivəsində yeni kitab nəşr olunub
# 26 yanvar 2007 11:25 (UTC +04:00)
1988-92-ci illərdə Azərbaycanda nəşr edilmiş mətbuat nümunələri ilə bağlı Demokratik İslahatlar Mərkəzi (DİM) tərəfindən ““Samizdat” nəşrlərin kataloqu” kitabı dərc edilib. APA-nın məlumatına görə, Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlunun redaktorluğu ilə hazırlanmış kitabda bu illərdə Azərbaycanda mövcud olan qəzetlər haqqında geniş məlumat verilib. Bundan əlavə ayrı-ayrı rayonlarda və paytaxtda dərc olunan dərgilər, bülletenlər və həmçinin, əhali arasında müxtəlif partiyalar, ictimai liderlərin imzası ilə yayılmış vərəqələr dərc olunub. Kitab Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun maliyyə dəstəyi ilə “Müasir mətbuat tarixi muzeyi” layihəsi çərçivəsində hazırlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR