Bank Of Baku

Afaq Məlikovanın 60 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq

Afaq Məlikovanın 60 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq
# 26 yanvar 2007 14:16 (UTC +04:00)
Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, xalq artisti Afaq Məlikovanın 60 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Yubiley tədbiri martın ikinci ongünlüyündə Heydər Əliyev adına Sarayda keçiriləcək. 60 illiklə bağlı A. Məlikova xüsusi mükafatla təltif olunacaq. Bununla yanaşı nazirliyin təşəbbüsü ilə Mingəçevir Dövlət Dram Teatrının aktrisası Ella Yaqubovanın 60 illiyi qeyd olunacaq. Yanvarın 31-də isə Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında mərhum xalq artisti Leyla Vəkilovanın 80 illiyi münasibəti ilə Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baleti nümayiş etdiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR