Bank Of Baku

Sevda Ələkbərzadə “Şəbi-Hicran” adlı musiqi albomunun təqdimatını keçirib

Sevda Ələkbərzadə “Şəbi-Hicran” adlı musiqi albomunun təqdimatını keçirib
# 27 yanvar 2007 08:41 (UTC +04:00)
Sənətçi Sevda Ələkbərzadə “Şəbi-Hicran” adlı musiqi albomunun təqdimat mərasimini keçirib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən Ağaxan Abdullayev Sevda Ələkbərzadənin yaradıcılığına çox yüksək qiymət verdiyini və müəyyən fasilələrlə iki ilə ərsəyə gətirilən bu albomun çox yüksək səviyyədə hazırlandığını bildirib: “Sevda mənə deyəndə ki, bu cür layihə həyata keçirmək istəyir, düşündüm ki, bu, çox çətin və məsuliyyətli bir işdir. Bu layihəni gerçəkləşdirmək çox böyük əmək tələb edir. Ancaq Sevda sözünə sadiq qalaraq, bu layihəni reallaşdırdı”. Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli də Sevda Ələkbərzadənin çox geniş səs imkanlarına malik olduğunu vurğulayıb. Xalq artisti bildirib ki, S.Ələkbərzadənin həm caz, həm muğam üslubunda ifa bacarığı var: “Sevda çox düzgün yoldadır”. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda musiqinin bütün növlərinin inkişafının tərəfdarı olduğunu qeyd edib: “Müasir tendensiyalara çox böyük əhəmiyyət verirəm. Müasir musiqi ilə klassik musiqimizin sintezi olan yeni əsərlər nümayiş olunur və bunu çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu cür layihələr davamlı olmalıdır”.
Qeyd edək ki, topluda 12 mahnıdan ibarət CD və “Şəbi-Hicran” konsertinin DVD versiyası yer alıb. Diskdə bəstəkarlardan Fikrət Əmirovun, Cahangir Cahangirovun, Tələt Eyyubovun bəstələri ilə yanaşı, xalq mahnılarının yeni aranjemanı da təqdim olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR