Bank Of Baku

Parisdə Azərbaycan xalça ustalarının sərgisi keçiriləcək

Parisdə Azərbaycan xalça ustalarının sərgisi keçiriləcək
# 27 yanvar 2007 08:51 (UTC +04:00)
Fevralın 13-17-də xalq rəssamı Lətif Kərimovun 100 illik yubileyi münasibətilə Parisdə Azərbaycan xalça ustalarının işlərindən ibarət sərgi keçiriləcək. Azərbaycan Rəssamlar İttifaqından APA-ya verilən məlumata görə, sərgidə L. Kərimovun xalçaları və 50-dək əl işləri nümayiş etdiriləcək. Məlumatda bildirilir ki, həmin ərəfədə Parisdə Azərbaycan xalçaçılıq sənəti üzrə IV beynəlxalq simpozium keçiriləcək. Tədbirdə Azərbaycan, Fransa, ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Rusiya, İran və Türkiyə mütəxəssislərinin iştirak edəcəyi gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR