Bank Of Baku

Respublika ilk dəfə Azərbaycan Musiqi Festivalı keçiriləcək

Respublika ilk dəfə Azərbaycan Musiqi Festivalı keçiriləcək
# 27 yanvar 2007 09:47 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq bütün respublika üzrə Azərbaycan Musiqi Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin musiqi sektorunun müdiri Fərəh Əliyeva APA-ya açıqlamasında bildirib ki, 2007-2008-ci illəri əhatə edəcək festival “Leyli və Məcnun” operasının səhnəyə qoyulmasının və Azərbaycanda bəstəkarlıq məktəbinin yaranmasının 100 illiyi münasibəti ilə təşkil olunur. Sektor müdirinin sözlərinə görə, festivalın keçirilməsində əsas məqsədlərdən biri də Azərbaycanın müxtəlif bölgə və rayonlarında milli musiqimizə marağı artırmaqdır: “Belə bir festival Azərbaycanda ilk dəfədir ki, təşkil olunur. Festivalın açılış mərasimi fevralın 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək, festival ilkin olaraq Sumqayıt şəhərində keçiriləcək”. Festivalın hər ay bir bölgədə keçiriləcəyini vurğulayan sektor müdiri, bu layihəni Azərbaycan musiqisi üçün çox önəmli hesab edir. 2008-ci ilin sonunda başa çatacaq festivalın sonunda “Leyli və Məcnun” operasının səhnəyə qoyulmasının 100 illiyi münasibəti ilə dövlət səviyyəsində yubiley tədbirinin keçirilməsi planlaşdırılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR