Bank Of Baku

“Bəri bax” ansamblı “Qaya” adı altında fəaliyyətə başlayacaq

“Bəri bax” ansamblı “Qaya” adı altında fəaliyyətə başlayacaq
# 29 yanvar 2007 10:14 (UTC +04:00)
“Bəri bax” ansamblı dörd aydan sonra “Qaya” adı altında fəaliyyət göstərəcək. Həmin ərəfədə qrup üzvlərinin iştirakı ilə mətbuat konfransı keçiriləcək və qrupun yeni klipi təqdim olunacaq. “Bəri bax” ansamblının bədii rəhbəri Rauf Babayev APA-ya açıqlamasında bildirib ki, klipdə “Bəri bax” “Qaya” ilə birgə oxuyacaq: “Bəri bax” “Qaya”nın davamçısı sayılır və həmin gündən etibarən “Qaya” adlanacaq. Artıq “Bəri bax” qrupunun üzvləri yetkinlik yaşına çatıblar və hər birinin səsi dəyişilib. Elə dörd aydan sonra bir həftəlik müsabiqə elan edəcəyik və müsabiqədə ən yaxşı səslərdən ibarət yeni “Bəri bax” ansamblı yaradılacaq”. R. Babayev deyib ki, müsabiqənin münsiflər heyəti “Bəri bax”ın üzvləri olacaq. Müsabiqədə 8-12 yaş həddində istedadlı uşaqlar iştirak edəcək və sonra onlarla Rauf Babayev məşğul olacaq. Qrup rəhbəri bildirib ki, yayda “Qaya” adı altında fəaliyyətə başlayacaq qrupun iştirakı ilə caz konsertinin təşkil olunması nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR