Bank Of Baku

Cavan Zeynallı 9 il əvvəl “Qaya” qrupundan qovulduğunu bildirir

Cavan Zeynallı 9 il əvvəl “Qaya” qrupundan qovulduğunu bildirir
# 29 yanvar 2007 12:24 (UTC +04:00)
20 ilə yaxın faəliyyət göstərən və ifası ilə bütün Azərbaycanda məşhur olan “Qaya” instrumental ansamblı 9 il əvvəl dağılsa da, onun bəzi sirləri indi açılır. Üstündən bir neçə il keçdikdən sonra “Qaya”nın ifaçısı, əməkdar incəsənət xadimi Cavan Zeynallı qrupdan təzyiqlə çıxarıldığını iddia edir. C. Zeynallı APA-ya açıqlamasında bildirib ki, 9 il əvvəl ona ərizə yazdıranda qrupun üzvləri “Qaya”nın dağıldığını və bir daha fəaliyyət göstərməyəcəyini deyiblər. Həmin vaxt C. Zeynallı ilə yanaşı, “Qaya”nın digər üzvləri də ərizə yazıblar, ancaq sonradan ərizələrini cırıblar: “Bizim millət belədir - deyəndə pis olursan, deməyəndə də urəyin partlayır. Mən bu qədər dözdüm, ancaq indi hər şeyi açmaq istəyirəm. Məni həqiqətən də “Qaya” ansamblından qovublar. Rauf Babayev, Arif Hacıyev həmişə çirkin əməllərlə məşğul olublar. 9 ildir ki, əmək kitabçam, pensiyam havada qalıb. Rauf Babayev “Qaya” ansamblının rəhbəri olanda üç dəfə məni qrupdan qovmaq istəyib. Çünki mən onlardan istedadlıyam. Sübut etmişəm ki, Cavan Zeynallı Vaqif Mustafazadənin yolunu davam etdirən yeganə cazmendir. Mənim kimi heç kim oxuya bilməz”. C. Zeynallı bildirib ki, qrup üzvləri “Qaya” dağıldıqdan sonra “Bəri bax” qrupunu yaradanda da onu “yaddan çıxarıblar”: “Arif Hacıyev “Bəri bax”ın direktoru, Rauf Babayev isə bədii rəhbəri oldu. Onlar mənə deməliydilər ki, sən qal və qrupun musiqi rəhbəri ol, uşaqlara musiqini öyrət. Bunun əvəzində paxıllıqdan məni qovdular. O vaxt elə utancaq adam idim ki. Bu cür haqsızlıqlar edirdilər və heç nə demirdim. Çünki böyük adamlar hər zaman ciddi olur”. Cavan Zeynallının sözlərinə görə, Rauf Babayev onun qrupdan çıxarılması faktını həmişə gizli saxlamaq istəyib: “Rauf Babayev qalmaqaldan qorxur, çünki bu halda bütün xalq onların əməllərindən xəbərdar olacaq”.
Rauf Babayev isə APA-ya açıqlamasında Cavan Zeynallının söylədiklərini yalan adlandırıb: “Cavanın bizim onu qrupdan qovmağımız barədə dedikləri yalandır. Bu söhbətləri eşidəndən sonra Cavanla telefon əlaqəsi saxladım və o mənə bildirdi ki, belə şeylər deməyib. Biz onu niyə qovuruq ki? Cavan Zeynallı özü “Qaya”dan gedib”. R. Babayev ona da indiyə qədər açıqlanmayan bir çox şeylərin məlum olduğunu söyləyib: “Mən də çox şey bilirəm, ancaq heç bir yerdə bunlarla bağlı çıxış etmirəm. Çünki dedi-qodunu xoşlamıram, qalmaqalı sevən insan deyiləm. İndikilər isə çox danışmağı sevirlər. Sənətkarsan, sənətinlə məşğul ol”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR