Bank Of Baku

Mixail Jvanetski və Demis Russo Heydər Əliyev adına Sarayda çıxış edəcəklər

Mixail Jvanetski və Demis Russo Heydər Əliyev adına Sarayda çıxış edəcəklər
# 29 yanvar 2007 12:29 (UTC +04:00)
Fevralın 23-də Heydər Əliyev adına Sarayda Rusiyanın xalq artisti, tanınmış yumor ustası Mixail Jvanetski çıxış edəcək. Bu barədə APA-ya Heydər Əliyev adına Sarayın mətbuat xidmətinin rəhbəri Rene Torres məlumat verib. Onun sözlərinə görə, aktyorun Bakıdakı çıxışı “Özümüzünkülər üçün konsert” adı altında gerçəkləşəcək. M. Jvanetski bu proqramla Rusiyanın bütün şəhərlərində çıxış edib. R. Torresin sözlərinə görə, fevralın 7-də Yunanıstanın tanınmış ifaçısı Demis Russo da sarayda konsert verəcək. Konsertin biletləri 20-100 manat məbləğindədir. Fevralın 8-də isə sarayın səhnəsində İtaliyanın tanınmış qrupu “Rikki e poveri” konsert proqramı ilə çıxış edəcək. Bu konsertin biletləri 10-80 manat arasındadır. Fevralın 14-15-də Heydər Əliyev adına Sarayda “Qde to na Kafkaze” filmi nümayiş etdiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR