Bank Of Baku

Mədəniyyət və turizm naziri “Akademiya” mahnı yarışmasının qaliblərini qəbul edəcək

Mədəniyyət və turizm naziri “Akademiya” mahnı yarışmasının qaliblərini qəbul edəcək
# 29 yanvar 2007 13:53 (UTC +04:00)
Fevralın 2-də Gənclər Günü münasibəti ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Akademiya” mahnı yarışmasının rəhbəri Brilliant Dadaşovanı, müsabiqənin finalçıları Şakir Mərdanov, Aytac Cəfərova, Xəyyam Mustafazadə və Rumil Musayevi qəbul edəcək. Bu barədə APA-ya Brilliant Dadaşova məlumat verib. O bildirib ki, nazirlə görüşdə İradə İbrahimova, Zülfiyyə Xanbabayeva, Aygün Kazımova və Samirə də iştirak edəcək. Görüşdə Ə. Qarayev müsabiqənin finalçılarına diplom və mükafatlar təqdim edəcək. B. Dadaşovanın sözlərinə görə, nazir müsabiqənin bitməsi münasibəti ilə ünvanladığı təbrik məktubunda ifaçıların “Evrovision” müsabiqəsində Azərbaycanı təmsil etmək iqtidarında olduğunu da vurğulayıb. Layihə rəhbərinin sözlərinə görə, artıq Türkiyədə Ajda Pekanın təqdimatında “Professional şou” adı ilə “Akademiya”ya oxşar layihə başlayıb.
Qeyd edək ki, müsabiqənin Qran-pri mükafatını Şakir Mərdanov, I yeri Aytac Cəfərova, II yeri Xəyyam Mustafazadə, III yer isə Rumil Musayev qazanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR