Şəfiqə Axundova: “Bir zamanlar əlindən tutduqlarımın heç yadına da düşmürəm”
- 1940-cı ildən musiqi ilə məşğulam. İndi 83 yaşım var, bu gün də mahnı bəstələyirəm, yoxsa yaşaya bilmərəm. Yüzlərlə mahnı, 65 dram tamaşasına musiqilər yazmışam. Bu tamaşalar Naxçıvan, Lənkəran, Gəncə, Şəki, Bakıda fəaliyyət göstərən teatrlarda səhnələşdirilib. Şərqin ilk opera yazan qadın bəstəkarıyam, bununla fəxr edirəm. Dahi Üzeyir Hacıbəyovdan 8 il dərs almışam. O, həmişə mənə sərf etdiyi vaxta heyfi gəlmədiyini bildirirdi. Məni Opera və Balet Teatrında da işə Üzeyir bəy düzəltmişdi.
Bu sənətdə olmaq üçün çox ağır yollar keçmişəm. Dünyanın ən çətin dərdlərinə belə səbrlə yanaşmışam. Bununla da mən udmuşam. Nə cür ağır şərait olursa olsun, mahnı bəstələməkdən əl çəkə bilmirəm. Gecə yatanda da piaonunun şirmayi dillərinin səsi qulağıma gəlir. Bu yaxınlarda “Ömürdən bir gün də keçdi” musiqisini bəstələmişəm. Yanvarın 21-də 83 yaşım oldu, öz-özümə düşündüm ki, ömrümdən bir il də keçdi.
- Sizə olan diqqətdən razısınızmı?
- Bizim xasiyyətimizdə laqeydlik, biganəlik var. Ad günümdə heç kim məni yada salmadı, bir kimsənin yadına düşmədim. Bəstəkarlar İttifaqı artıq neçə ildir ki, mənimlə maraqlanmır. Dövlətdən qayğı umuram. Mənə dəniz sahilində dincəlməyə balaca bir yer lazımdır. Hacıbala Abutalıbova, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə ərizə yazıram, gedib çatmır. Üzeyir Hacıbəyovdan sonra həyatda heç kim mənə kömək etməyib. Axı mən bütün ömrünü bu sənətə həsr etmiş Şəfiqə Axundovayam. İnsan cavanlığında yox, yaşa dolanda istiqanlılıq, diqqət, həmdəm umur. Bunlardan məhrum olanda isə yaşamaq çətindir, çox çətin. İndiki gənclərə sənətə çox aludə olmamağı tövsiyə edirəm. Mənim bir neçə övladım ola bilərdi, amma vaxtımı sənətə həsr etdim, bir də ayıldım ki, yaşa dolmuşam, həyat yanımdan ötüb keçir. Hər şeyi sənətə qurban verməyimə həm təəssüflənirəm, həm də yox. İnsanın özünə “Mən nə üçün yaşayıram” sualını verməsi çox pisdir. Sənətkara bu sualı özünə verməsinə imkan verilməməlidir. Xalqın içərisində olanda səmimiyyətlə və böyük məhəbbətlə qarşılanıram. Sənətkarın mükafatı xalqın məhəbbətidir. Çox fəxr edirəm ki, televiziyanın qızıl fondunda mahnılarım saxlanılır və daim qalacaq.
- Bir zamanlar dəstək olduqlarınız da bu gün Sizi xatırlamırlar?
- Yox, heç kəs mənimlə maraqlanmır. Bir zamanlar əlindən tutduqlarımın heç yadına da düşmürəm. Mənim ömrümə çox az qalıb, qoy onlar maraqlanmasınlar. Təki yazıb-yaratsınlar, bu hərəkətlərinə görə heç incimirəm də.
- Şəfiqə Axundovanın davamçısı varmı?
- Xeyr, tələbəm yoxdur. İndi məşğul olmağım mümkün deyil, yaşım o yaş deyil. Bir zamanlar bu barədə düşünmədim, indi isə mümkün deyil. Flora Kərimovanı sənətə mən gətirmişəm. O, ilk dəfə “Nərgizim” mahnısını oxumaqla sənətə gəlib. O mahnını Flora o qədər gözəl ifa etmişdi ki...
- Musiqiləriniz digər ölkələrdə ifa olunur...
- Bununla fəxr edirəm. Bu günlərdə Türkiyə kanallarının birində yayımlanan “Min bir gecə” filmində gördüm ki, “Laylay” mahnım ifa olunur. Ürəyim fərəh hissi ilə doldu. İbrahim Tatlısəs “Nədən oldu”, Bengül “İntizar” mahnımı oxuyurlar. Buna çox sevinirəm. Azərbaycan musiqisinin bu qədər sevilməsinə fərəhlənirəm. Həqiqətən də bizim musiqimiz sevilməyə layiqdir.
- Klassik musiqiyə müasir çalarlar gətirilməsini qəbul edirsinizmi?
- Bunu istedadla etməyi bacaranlar var, amma bəzən elə mahnılar eşidirəm ki, bir şey anlaya bilmirəm. Biz azərbaycanlı olduğumuzu unutmamalıyıq. Musiqi yazıldığı an başa düşülməlidir, yoxsa o mahnı yaşamayacaq. Musiqiyə xalq qulaq asır, xalqı isə aldatmaq çox çətindir. Biz zövqlü xalqıq, yaxşını pisdən ayıra bilirik. Mən şou-biznesin nə olduğunu bilmirəm və qəbul etmirəm. Səhnədə sənət göstərmək lazımdır, soyunmaq yox. Bizim vaxtımızda qalmaqallar da çərçivədə idi, sənətçilər arasındakı qalmaqaldan tamaşaçının xəbəri olmazdı. İndi açıq-açığına efirdə bir-birlərinə hücum edib, qeyri-etik ifadələr işlədirlər.
- Şəfiqə Axundova hansı müğənni ilə daha rahat işləyib?
- Şövkət Ələkbərova ilə işləmək çox rahat idi. Amma Sara Qədimova, İslam Rzayev, Gülağa Məmmədovun səsini çox xoşlamışam.
- 2008-ci ildə 85 yaşınız tamam olacaq. Yubileyinizin necə keçirilməsini istərdiniz?
- Bilmirəm, bəlkə heç o vaxta qədər yaşamadım. Mənim bir mahnım var:
Həyat, sən nə şirinsən, Kim səndən doydu getdi. Gedənlər öz qəlbini, Dünyada qoydu getdi, Səndən doymaq olarmı? /APA/
Ədəbiyyat
Nazir müavini: XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində 300-dən çox müxtəlif səpkili tədbirlər keçiriləcək
XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib - FOTO
Sevda Tahirli: Babam Mirzə Ələkbər Sabir haqqında doğru sandığımız, amma yanlış olan bəzi məsələlər var - MÜSAHİBƏ
“Ən çox oxunan müəllif 2026” nominasiyası üzrə onlayn səsvermə başlayıb
Xəbər Lenti
Almaniya minlərlə uzaqmənzilli raket almağı planlaşdırır
Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir
ABŞ Səudiyyə Ərəbistanındakı səfirliyinin əməkdaşlarını təxliyə edir
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Rubio: Ukraynadakı müharibənin əsas mübahisə mövzusu Donbasdır
Tramp Rusiya və Ukraynaya qarşı 200 faizlik rüsum tətbiq edə biləcəyini bildirib
Almaniya qışa hazırlıq üçün əlavə qaz tədarükünə 245 milyon avro ayırır
Dövlət Bağçalı: Türkiyə ilə Azərbaycan arasında etimadın qorunması həyati əhəmiyyət daşıyır
NYT: ABŞ senatorları Trampın irəli sürdüyü namizədlərin təsdiqini əngəlləyə bilərlər
Tramp İrana qarşı yeni hərbi əməliyyat keçirə biləcəklərini açıqlayıb
İlon Mask Ukrayna elitasını Qərb yardımları hesabına varlanmaqda ittiham edib
BVF: Ukraynanın 2027-ci il büdcəsi üçün əlavə 30–35 milyard dollar tələb olunur
Niderlandda güclü fırtına səbəbindən 40-dan çox aviareys ləğv edilib
Bloomberg: ABŞ və Böyük Britaniya arasında Ukrayna və İran məsələlərinə görə fikir ayrılığı yaranıb
Avropa İttifaqı Ukrayna ilə bağlı sülh danışıqlarına qoşulmaq istəyir
Zaqatalaya güclü leysan və dolu yağıb - VİDEO
ABŞ strateji ehtiyatlarından 400 min barel neft ayıracaq
Moldova Rusiya diplomatını ölkədən çıxarmaq qərarına gəlib
Polşa ABŞ-ın hərbi bazasının tikintisinə 3,8 milyard dollar ayırmağı planlaşdırır
Cəlilabadda 10 hektar ərazini əhatə edən yanğın söndürülüb
Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqlayıb
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı Türk dünyasının gələcəyi üçün strateji əhəmiyyət daşıyır
Pentaqon qırıcı təyyarə sürəti ilə hərəkət edən naməlum uçan obyekt barədə sənədlər yayıb
Yaşar Gülər: Türkiyə husilərlə hərbi toqquşmaya girməyəcək
Hindistanın xarici işlər naziri Bakıda tarixi Atəşgah məbədini ziyarət edib
“Bavariya”nın baş məşqçisi huşunu itirib, helikopterlə xəstəxanaya çatdırılıb
Rusiya Xerson istiqamətində atəşkəs elan edib
Dünyanın ən böyük sərnişin təyyarəsi dron təhlükəsindən sonra Moskvaya enə bilib - YENİLƏNİB
Robert Köçəryanın həbs müddəti daha iki ay uzadılıb
Keniyada tikilməkdə olan 12 mərtəbəli bina çöküb
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb
“SOCAR Petroleum” şimal rayonlarında yanacaq qıtlığı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Tramp: ABŞ İranla müharibəni tezliklə bitirə və ya iqtisadi təzyiqi davam etdirə bilər
XİN: Rumıniya sahilləri yaxınlığında vurulan gəmidəki Azərbaycan vətəndaşlarının hamısı xilas edilib
“Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
Ukrayna hava şarları ilə idarə olunan PUA-larla Moskva aeroportlarına hücum edib - VİDEO
Gürcüstanda “Keşikçidağ”la bağlı yalan məlumatlar yayan jurnalist həbs edilib
Netanyahu: İsrail ordusu İordan çayının qərb sahilində genişmiqyaslı əməliyyata hazırlaşır
Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olunub
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası təsdiqlənib
İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya şamil olunmadığı əməliyyatlar müəyyənləşib
Qeyri-neft-qaz mallarının Azərbaycan mənşəli olmasının müəyyən edilməsi Qaydası təsdiqlənib
Qəzza üçün yığılan zəkatı birja fondlarına yatırıb, zərər edən Türkiyə Dəyanət Vəqfinin rəhbərliyi işdən qovulub
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Şərurda anbarda yükün aşması nəticəsində bir nəfər ölüb, 1 nəfər xəsarət alıb
Bakı-Qazax yolunda TIR yanıb - FOTO
Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqlənib
Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub