Bank Of Baku

Fəxriyyə Xələfova: “Azərbaycanda moda qurumunun yaradılmasına ehtiyac var”

Fəxriyyə Xələfova: “Azərbaycanda moda qurumunun yaradılmasına ehtiyac var”
# 30 yanvar 2007 10:25 (UTC +04:00)
Modelyer Fəxriyyə Xələfova bir neçə həftədən sonra İstanbulda keçiriləcək beynəlxalq moda festivalında iştirak edəcək. Bunu APA-ya açıqlamasında modelyerin özü deyib. Onun sözlərinə görə, artıq festivala hazırlıq işləri tamamlanmaq üzrədir və bu festivalda Qazaxıstanda keçirilən moda həftəsi üçün hazırladığı 2007-ci il yaz-yay kolleksiyasını nümayiş etdirəcək: “Kolleksiyaya bir neçə əlavələr olunacaq. Bu, həm böyük bir sərgidir, həm də festivaldır. Türkiyədə indiyə kimi moda nümayişim təşkil olunmamışdı və belə bir dəvət aldığım üçün çox sevinirəm”. F. Xələfova onu da bildirib ki, il ərzində dünyanın tanınmış moda ustalarından biri Bakıya gələcək və onunla birgə Azərbaycanda beynəlxalq festival layihəsi həyata keçiriləcək: “Layihənin reallaşması Azərbaycan moda məktəbini dünyaya tanıtdıracaq”. F. Xələfovanın sözlərinə görə, Azərbaycanda moda qurumunun yaradılmasına ehtiyac duyulur: “Bu gün moda ustaları pərakəndə şəkildə fəaliyyət göstərirlər və onları birləşdirən qurum yoxdur. Artıq ölkəmizdə iki universitetdə moda fakültəsi açılıb və oranı bitirən tələbələrin gələcəyini düşünməliyik”. Bu layihənin bacarıqlı və yaxşı təşkilatçı tərəfindən reallaşdırılmasının vacibliyini vurğulayan F. Xələfova hansısa moda ustasının belə bir qurum yaratmasını qeyri-mümkün sayır. O, ən böyük arzusunun Milan və Nyu-Yorkda şəxsi moda nümayişi təşkil etmək olduğunu da açıqlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR