Bank Of Baku

Azərbaycanda iki günlük etik moda seminarı keçirilib

Azərbaycanda iki günlük etik moda seminarı keçirilib
# 30 yanvar 2007 15:20 (UTC +04:00)
Yanvarın 29-30-da etik moda (Etical Fashion) üzrə seminar keçirilib. APA-nın məlumatına görə, seminarın sonuncu günü mətbuat konfransı keçirilib. Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun təşəbbüsü ilə həyata keçirilən layihədə Avropanın etik moda konseptual cərəyanının əsas bilicilərindən olan Parisdə yaşayan İzabel Keye (İsabelle Quehe) və amsterdamlı Anuk Post (Annouk Post) iştirak edib. Tədbirdə çıxış edən layihənin Azərbaycan üzrə əlaqələndiricisi Cahangir Səlimxanov artıq Avropa və Amerika bazarlarında özünə yer qazana bilmiş dünya modasının bu yeni meyli haqqında danışıb: “Etik moda nisbətən son zamanlarda yaranmış bir cərəyan olsa da, artıq dünyanın bir çox yerlərində özünə diqqəti cəlb etməyi bacarıb. Etik moda ayaqqabı, paltar, aksesuarların elə bir dizaynıdır ki, burada modelyerlər ekoloji baxımdan təmiz təbii materiallardan istifadə edirlər. Eyni zamanda yeni kolleksiyaların tərtibatında və istehsalında parça və materialların təkrar istehsalatdan (recycling) da istifadə olunur. Bu səpkidən biznesin konsepsiya, prinsip və qaydalarının əsasına ətraf mühitə ehtiram, insan əməyinin ədalətli qiymətləndirilməsi, xalq yaradıcılığının və dekorativ-tətbiqi sənətin dəstəyi və inkişafı kimi nəcib amallar təşkil edir”. Seminarın aparıcılarından İzabel Keye yeni konsepsiyadan Azərbaycan moda ustalarının da istifadə etməsini istəyib: “İki günlük seminarda Azərbaycanda çox talantlı moda üzrə tələbələrin yetişdiyinin şahidi oldum. Çox sevindim ki, digər ölkələrə nisbətən Azərbaycan tələbələri öyrənməyə həvəs duyurlar. Bu layihə vasitəsi ilə Azərbaycanın gənc dizaynerləri və moda məhsullarının istehsalçıları özlərini Parisdə tanıtmaq imkanı əldə edəcəklər”./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR