Bank Of Baku

UNİCEF MDB ölkələrinə 400 min dollar yardım ayırıb

UNİCEF MDB ölkələrinə 400 min dollar yardım ayırıb
# 31 yanvar 2007 09:22 (UTC +04:00)
BMT-nin Uşaq Fondu (UNİCEF) donor ölkələrdən 33 ölkədə konfliktlər və təbii kataklizmlərdən əziyyət çəkən qadın və uşaqlara yardım etmək üçün 635 milyon dollar istəyib. APA-nın məlumatına görə, yardımın beşdə bir hissəsi 121 milyon dollar Sudana, 46 milyon dollar Efiopiya, 96 milyon dollar Konqoya nəzərdə tutulub. UNİCEF-in Şimali Qafqazda proqramlarının həyata keçirilməsi üçün təxminən 6 milyon dollar, Gürcüstana 1,2 milyon dollar ayrılacaq. UNİCEF-in MDB ölkələri üzrə regional ofisi 400 min dollar alacaq. Bu vəsait regionda vəziyyəti müşahidə etmək və fövqəladə hallar yarandıqda yardım etmək üçün ilk addımların atılması üçün nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR