Bank Of Baku

Abşeronun Məhəmmədi kəndində “Yanardağ” Dövlət Mədəniyyət və Turizm Qoruğu yaradılacaq

Abşeronun Məhəmmədi kəndində “Yanardağ” Dövlət Mədəniyyət və Turizm Qoruğu yaradılacaq
# 31 yanvar 2007 09:38 (UTC +04:00)
Abşeron rayonunun Məhəmmədi kəndində “Yanardağ” Dövlət Mədəniyyət və Turizm Qoruğu yaradılacaq. Bununla bağlı qərar layihəsi artıq dövlət başçısına təqdim olunub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilib ki, Bakının Suraxanı rayonunda “Atəşgah məbədi” Dövlət tarix-memarlıq, Quba rayonu Xınalıq kəndinin tarixi ərazisi Dövlət memarlıq və etnoqrafiya, Ağstafa rayonunun ərazisindəki “Keşikçi daş” silsiləsini əhatə edən mağaralar kompleksi Dövlət tarix-mədəniyyət qoruqları elan ediləcək. Şəki şəhərindəki Aşağı Karvansarayın bərpası, yenidən qorunması və turizm məqsədləri üçün istifadə olunması haqqında rəy və təkliflər hazırlanıb. Salyan şəhər məscidində bərpa-möhkəmləndirmə işlərinin aparılması da nəzərdə tutulub. Məlumatda bildirilib ki, hazırda fəaliyyət planının həyata keçirilməsi üçün tədbirlər görülür. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR