Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyi mədəniyyət və istirahət parklarına məxsus ərazilərdən qeyri-qanuni istifadə hallarının qarşısını almaq üçün məhkəmə orqanlarına müraciət edib

Mədəniyyət və Turizm Nazirliyi mədəniyyət və istirahət parklarına məxsus ərazilərdən qeyri-qanuni istifadə hallarının qarşısını almaq üçün məhkəmə orqanlarına müraciət edib
# 31 yanvar 2007 10:03 (UTC +04:00)
Bu fakt Mədəniyyət və Turizm Nazirliyinin apardığı araşdırmalar nəticəsində məlum olub. Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, bununla əlaqədar olaraq Nizami adına, Şəhriyar adına, R.Aboyev adına və S.Xasıyev adına mədəniyyət və istirahət parklarına məxsus ərazilərdən qeyri-qanuni istifadə hallarının qarşısının alınması, qanunsuz özəlləşdirmələrin ləğv edilməsi məqsədilə məhkəmə orqanlarına müraciət olunub. Bununla bağlı nazirlik mədəniyyət və istirahət parklarında narahatlıq doğuran bir sıra problemlərin həlli, əhaliyə mədəni xidmət işinin səviyyəsinin yüksəldilməsi, kütləvi işin yeni forma və metodlarının tətbiqi məsələlərində parklara kömək göstərilməsi məqsədilə Nazirlər Kabinetinə, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə, 24 rayonun İcra Hakimiyyəti başçılarına məktub göndərib. Bakı şəhər heyvanat parkının işində mövcud olan problemlərin aradan qaldırılması, müəssisənin fəaliyyətinin daha da yaxşılaşdırılması və işçilərin sosial müdafiəsinin gücləndirilməsi, eyni zamanda heyvanların saxlanılması tələblərinə uyğun şərait yaradılması məqsədilə parkın ərazisinin imkan daxilində genişləndirilməsi ilə bağlı məsələlərə baxılması və tədbir görülməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR