Bank Of Baku

Moskvada Beynəlxalq Televiziya və Radio Akademiyasının illik toplantısı keçiriləcək

Moskvada Beynəlxalq Televiziya və Radio Akademiyasının illik toplantısı keçiriləcək
# 31 yanvar 2007 10:32 (UTC +04:00)
26-28 fevral tarixlərində Moskvada Beynəlxalq Televiziya və Radio Akademiyasının (BTRA) illik toplantısı keçiriləcək. Toplantıda BTRA-nın Azərbaycan şöbəsinin açılması barədə müzakirə aparılması da nəzərdə tutulub. Bunu APA-ya akademiyanın Azərbaycan üzrə koordinatoru Elçin Əlibəyli deyib. O, yığıncaqda Azərbaycanı təmsil edəcəyini və ölkəmizdəki televiziya kanallarının fəaliyyəti barədə məlumat verəcəyini bildirib. E. Əlibəyli BTRA-nın Azərbaycan şöbəsinin açılması üçün hazırladıqları layihəni akademiya rəhbərliyinə təqdim edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR