Bank Of Baku

Polad Bülbüloğlunun ad günü münasibəti ilə “Eşq və ölüm” baleti nümayiş etdiriləcək

Polad Bülbüloğlunun ad günü münasibəti ilə “Eşq və ölüm” baleti nümayiş etdiriləcək
# 31 yanvar 2007 11:34 (UTC +04:00)
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında fevralın 4-də Polad Bülbüloğlunun “Eşq və ölüm” baleti nümayiş etdiriləcək. Bu barədə APA-ya teatrın mətbuat xidmətindən məlumat verilib. Teatrdan bildirilib ki, fevralın 4-də P.Bülbüloğlunun ad günüdür. Tamaşa da məhz bu münasibətlə göstəriləcək. Tamaşanın əsas rollarında əməkdar artistlər Gülağası Mirzəyev, İslam İslamov, Yuri Lobaçov, xalq artistləri Təranə Muradova və Rüfət Xəlilzadə çıxış edəcək. Baletin Baycan rolunu isə ilk dəfə balet truppasının 21 yaşlı gənc solisti Yuliya Kalmıkova ifa edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR