Bank Of Baku

Xalq yazıçısı Anar Avrasiya Yazıçılar İttifaqı Yüksək Divanının üzvü seçilib

Xalq yazıçısı Anar Avrasiya Yazıçılar İttifaqı Yüksək Divanının üzvü seçilib
# 31 yanvar 2007 12:00 (UTC +04:00)
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar Avrasiya Yazıçılar İttifaqı Yüksək Divanının (Rəyasət Heyətinin) üzvü seçilib. Bu barədə APA-ya AYB-nin katibi Arif Əmrahoğlu məlumat verib. O bildirib ki, Türkiyədə Avrasiya Yazıçılar İttifaqının orqanı olan “Qardaş qələmlər” adlı aylıq ədəbi jurnalının birinci buraxılışı nəşr olunub. Jurnalın bu sayında Azərbaycan xalq yazıçısı Anarın “Rəqəmlərin sərgüzəştləri” məqaləsi dərc olunub. Türk dilinə məqaləni Əli Akbaş tərcümə edib. Nəşrin məqsədi oxucuları türk xalqlarının ədəbiyyatı ilə tanış etməkdir. Jurnalın bu nömrəsində Anarın təşkilatın Yüksək Divanına üzv seçilməsi və Azərbaycan Yazıçılar Birliyi barədə məlumatlar yer alıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR