Bank Of Baku

Opera və Balet Teatrında Leyla Vəkilovanın 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Opera və Balet Teatrında Leyla Vəkilovanın 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
# 31 yanvar 2007 16:39 (UTC +04:00)
Yanvarın 31-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında mərhum balerina Leyla Vəkilovanın 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev L.Vəkilovanın Azərbaycan balet məktəbindəki rolundan danışıb. Ə.Qarayev bildirib ki, L.Vəkilova Azərbaycan baletinə danılmaz xidmətlər göstərib və yaddaqalan obrazlar yaradıb. Daha sonra yubileylə bağlı Əfrasiyab Bədəlbəylinin “Qız Qalası” baleti nümayiş etdirilib. Baletin quruluşçu rejissoru Fərhad Bədəlbəylidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR