Bank Of Baku

Gənclər Gününə həsr olunmuş Caz Axşamı konserti keçirilib

Gənclər Gününə həsr olunmuş Caz Axşamı konserti keçirilib
# 31 yanvar 2007 16:51 (UTC +04:00)
Bu gün Mədəniyyət və Turizm Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi 2 Fevral - Gənclər Gününə həsr olunmuş Caz Axşamı konserti keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Gənclər Günü münasibəti ilə bütün Azərbaycan gənclərini təbrik edib. Azərbaycanda caz sənətinin inkişaf etdiyini deyən nazir müavini burada gənclərin xüsusi rol oynadığını vurğulayıb.
Gənclər və idman naziri Azad Rəhimov Gənclər Günü münasibəti ilə keçiriləcək tədbirlər barədə məlumat verib. Nazir gənclərin Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynadığını qeyd edib.
Konsertdə gənc müğənnilər Əfqan Rəsulov, Aysel Quliyeva, Anar Yusifov, Ülviyyə Rəhimova və başqaları tərəfindən caz musiqiləri ifa olunub. Qeyd edək ki, silsilə tədbirlər fevralın 2-dək davam edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR