Bank Of Baku

Aparıcı muzeylərdə yenidənqurma və yeni bədii tərtibat işlərinin aparılması planlaşdırılır

Aparıcı muzeylərdə yenidənqurma və yeni bədii tərtibat işlərinin aparılması planlaşdırılır
# 01 fevral 2007 09:32 (UTC +04:00)
Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən aparıcı muzeylərdə yenidənqurma və yeni bədii tərtibat işlərinin aparılması planlaşdırılır. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, artıq Muzey Mərkəzinin yeni konsepsiyasının layihəsi hazırlanıb və əsaslı təmirin vaxtı müəyyənləşdirilir. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın tikilməsi də nəzərdə tutulub. Q.Musabəyovun Dəvəçidəki ev-muzeyində, Şəmkir, Naftalan, Beyləqan, Balakən tarix-diyarşünaslıq muzeylərində də yenidənqurma, əsaslı təmir və ekspozisiyalarının yenidən qurulması istiqamətində işlər aparılır. Qəbələ, Beyləqan, Goranboy və Saatlı rayonlarında Heydər Əliyev muzeylərinin, Yardımlı, Biləsuvar tarix-diyarşünaslıq muzeylərinin, Ağsuda Gənclər Mərkəzinin, Quba rayonunun Xınalıq kəndində tarix-diyarşünaslıq muzeyinin yaradılması üçün artıq təkliflər hazırlanıb və müvafiq orqanlara təqdim olunub. Qobustan rayonunda tarix-diyarşünaslıq muzeyinin yaradılması istiqamətində də işlər aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR