Bank Of Baku

Dünya şöhrətli aktyor Çarli Çaplinin vəfatının 30-cu ildönümü münasibətilə Azərbaycanda anım mərasimi keçirəcək

Dünya şöhrətli aktyor Çarli Çaplinin vəfatının 30-cu ildönümü münasibətilə Azərbaycanda anım mərasimi keçirəcək
# 01 fevral 2007 15:02 (UTC +04:00)
Dövlət Film Fondu Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə birgə dünya şöhrətli aktyor Çarli Çaplinin vəfatının 30-cu ildönümü münasibətilə anım mərasimi keçirəcək. Fondun direktoru, Professional Kinoaktyorlar Gildiyasının icraçı direktoru Cəmil Quliyevin APA-ya verdiyi məlumata görə, anım mərasimi “İbrus” teatrında keçiriləcək. Layihənin aparıcılığı və hazırlanması kinorejissor Ayaz Salayeva həvalə olunub. Tədbirdə Ç. Çaplinin həyat və yaradıcılığından söhbət açılacaq, filmlərindən süjetlər nümayiş etdiriləcək. Fond rəhbərinin sözlərinə görə, bu ilin martında kinooperator Arif Nərimanbəyovun 90, bəstəkar Emin Sabitoğlunun isə 70 illik yubileyi ilə bağlı da tədbir keçirilməsi planlaşdırılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR