Bank Of Baku

Azərbaycan karikaturaçıları Türkiyədə “Aydın Doğan” beynəlxalq karikatura müsabiqəsində iştirak ediblər

Azərbaycan karikaturaçıları Türkiyədə “Aydın Doğan” beynəlxalq karikatura müsabiqəsində iştirak ediblər
# 02 fevral 2007 11:31 (UTC +04:00)
Azərbaycan karikaturaçıları Türkiyədə keçirilən “Aydın Doğan” beynəlxalq karikatura müsabiqəsində iştirak ediblər. Bu barədə APA-ya məlumat verən Azərbaycan Karikatura Rəssamlar Birliyinin sədri Bayram Hacızadənin sözlərinə görə, müsabiqədə birliyin 15 karikaturaçısı iştirak edib və bu günlərdə müsabiqə ilə bağlı rəssamların əsərləri yer alıb: “Belə bir festivalda Azərbaycan rəssamlarının da iştirakı təqdirəlayiq haldır. Bundan sonra davamlı olaraq bu cür müsabiqələrdə təmsil olunacağıq. Bu, Azərbaycan karikatura məktəbinin inkişafından xəbər verir”. B.Hacızadə qeyd edib ki, ümumilikdə müsabiqədə 80-ə yaxın ölkənin 1700 rəssamı iştirak edib. Onların içindən isə cəmi 150 rəssamın əsəri bu kataloqa salınıb. Bununla yanaşı, B.Hacızadənin müəllifliyi ilə “Müasir Azərbaycan karikaturası” adlı kitab üzərində iş gedir. Kitabın apreldə təqdim olunacağını bildirən müəllif topluda müasir karikatura ustaları haqda məlumatlar, bu sənətin incəlikləri barədə yazılar dərc ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR