Bank Of Baku

İstiqlal abidəsinin hazırlanması ilə bağlı heç bir layihə təqdim olunmayıb

İstiqlal abidəsinin hazırlanması ilə bağlı heç bir layihə təqdim olunmayıb
# 02 fevral 2007 12:11 (UTC +04:00)
“Bu il 40-a qədər abidənin mühafizə zonasının yaradılması və onların bərpası ilə bağlı layihələndirmə işləri tamamlanacaq. Bununla yanaşı, 10 abidəyə qədər öz büdcəmiz hesabına bərpa işlərinə başlayacağıq”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, abidələrin yerləşmə coğrafiyası Lənkərandan tutmuş Qaxı əhatə edir: “Həmin ərazilərdə İslam mədəniyyətinə aid olan abidələr və alban memarlıq abidələri var. Biz çalışırıq ki, ən mühüm tarixi abidələrin vəziyyətini daima nəzarətdə saxlayaq”. Ə.Qarayevin sözlərinə görə, İstiqlal abidəsinin hazırlanması ilə bağlı hələ ki heç bir layihə təqdim olunmayıb: “Hazırda bununla bağlı beynəlxalq müsabiqənin şərtləri üzrə işlər artıq tamamlanıb. Bu yaxınlarda bu müsabiqənin şərtləri bütün tanınmış internet saytlarında və müxtəlif dərgilərdə dərc olunacaq. Bu ilin sonuna kimi layihələr hazırlanacaq və sonra müsabiqə elan olunacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR