Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyi İrəvanda Şuşa abidəsinin hazırlanması ilə bağlı heç bir beynəlxalq təşkilata müraciət etməyib

Mədəniyyət və Turizm Nazirliyi İrəvanda Şuşa abidəsinin hazırlanması ilə bağlı heç bir beynəlxalq təşkilata müraciət etməyib
# 02 fevral 2007 12:11 (UTC +04:00)
İrəvanda ermənilər tərəfindən Şuşa abidəsinin hazırlanması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi heç bir beynəlxalq təşkilata müraciət etməyib. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, bununla bağlı beynəlxalq təşkilatlara müraciət əsassızdır: “Bu, ideoloji bir müharibənin əlamətidir. Bizim musiqi alətlərimizin mənimsənilməsindən başlayaraq bu müharibə davam etməkdədir. Bu cür fikirlərlə biz hər gün rastlaşırıq. Əgər bu, Ermənistanın daxilində baş verirsə, bizim ona təsir edəcək qüvvəmiz yoxdur. Buna rəsmi etirazı Xarici İşlər Nazirliyi müvafiq qaydada bildirib, beynəlxalq qurumlarla müzakirə edir. Lakin onu dayandırmaq mümkün deyil. Biz əksinə, burada öz mədəniyyətimizin, qədim torpaqlarımızın tarixi ilə bağlı tədbirləri həyata keçirməliyik. Şuşanın Azərbaycana məxsus olması ilə bağlı materiallar hazırlanır, bir neçə dildə nüsxələr hazırlanmalıdır”. Nazirin sözlərinə görə, bu cür tədbirlər bu il də davam etdiriləcək və bunun üzərində işlər gedir. Ə. Qarayev bildirib ki, nazirlik bu günlərdə Qarabağ abidələrinin şəkillərinin bərpası, onların xüsusi toplusunun hazırlanması işlərinə başlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR