Bank Of Baku

“2007-2010-cu illərdə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətinin inkişaf proqramı” təsdiq olunub

“2007-2010-cu illərdə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətinin inkişaf proqramı” təsdiq olunub
# 02 fevral 2007 14:10 (UTC +04:00)
“2007-2010-cu illərdə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətinin inkişaf proqramı” təsdiq olunub. Proqram milli kino, onun bu günü və gələcəyi üçün yaradıcı gənclərlə işin son dərəcə aktual olduğunu nəzərə alaraq, 2007-2010-cu illərdə bu sahədə fəaliyyətin əhəmiyyətli şəkildə genişləndirilməsi məqsədilə hazırlanıb. Proqram çərçivəsində kinonun ayrı-ayrı qolları üzrə kompleks tədbirlər həyata keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, proqram filmlərin istehsalı, onların yayımı, təbliği, həmçinin kino tənqidi sahələrində çalışan gənc mütəxəssislərə özlərini sınamaq üçün imkan vermək, onların fəaliyyətinə stimul yaratmaqdır. Proqramda fevralın 9-da “Bu meydan, bu ekran!” bədii film layihələrinin müsabiqəsi elan ediləcək, cari ilin I rübündə “Debüt” Gənclər Studiyasının işinin bərpa edilməsi və gənc rejissor tərəfindən 35 min lentdə qısametrajlı bədii film çəkilməsi göstərilib. Bununla yanaşı, təsdiq olunan proqramda istedadlı gənclərin əsas kino ixtisasları üzrə təhsil alması üçün hər il Rusiya və başqa xarici ölkələrə oxumağa göndərilməsi, hər il orta məktəblərin tədris proqramlarına uyğunlaşdırılmış repertuar əsasında “Məktəb və kino” film festivalının keçirilməsi bəndlər yer alıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR