Bank Of Baku

Azərbaycan opera sənətinin məşhur simalarından olan Sona Aslanova ABŞ-da cərrahiyyə əməliyyatı olunub

Azərbaycan opera sənətinin məşhur simalarından olan Sona Aslanova ABŞ-da cərrahiyyə əməliyyatı olunub
# 03 fevral 2007 08:28 (UTC +04:00)
APA-nın yeni fəaliyyətə başlayan ABŞ bürosunun məlumatına görə, əməliyyatdan sonra S.Aslanova Kaliforniya ştatının Long Beach səhərində reabilitasiya mərkəzinə yerləşdirilib. Amerikalı həkimlər 83 yaşlı sənətçinin bir böyrəyini çıxarmağa məcbur olublar. S.Aslanovanın 4 ay əvvəl yıxılaraq böyrəyini zədələməsi həkimləri bu addımı atmağa vadar edib. Sənətçinin nəvəsi, rəssam Lalə Rəhimovanın APA-ya verdiyi məlumata görə, nənəsi yataq rejimindədir, qidalanmasında problemlər var. Bununla belə, həkimlər onun vəziyyətinin stabil olduğunu deyirlər.
Qeyd edək ki, respublikanın əməkdar artisti Sona Aslanova 14 ildir, ABS-ın Kaliforniya ştatında yaşayır. O, vaxtilə Üzeyir Hacıbəyovun dəstəyi ilə opera sənətinə gəlib və bəstəkarın tanınmış operalarında əsas qadın partiyaları oxuyub. Sona xanım Üzeyir bəyin “Koroğlu” operasında Nigar, “O olmasın, bu olsun” operettasında Gülnaz, “Arşın mal alan” operettasında Gülçöhrə obrazlarını yaradıb, “Koroğlu”da dahi Bülbül, “Arşın mal alan”da isə Rəşid Behbudovla tərəf müqabili olub. Təqaüdə çıxandan sonra lirik soprano səsin müəllifi Milli Konservatoriyada dərs dəyib. Fatma Muxtarova, Şövkət Məmmədova ilə yanaşı, S.Aslanovanın da ifa etdiyi partiyalar respublikanın Qızıl Fondunda saxlanılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR